RU

Rusiyanın Ukrayna generalına sui-qəsd cəhdinin qarşısı alınıb - FOTO

Ukrayna Silahlı Qüvvələrinin Üçüncü ordu korpusunun komandirinə qarşı raket və bomba hücumu hazırlayan rus agenti saxlanılıb.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat verib.

Məlumatda soyadın adı çəkilmir, lakin bu korpusun komandirinin Andrey Biletski olduğu məlumdur.

Qeyd olunub ki, agent ukraynalı generalın döyüş zonasında yerləşdiyi yerə zərbə endirməyə hazırlaşırdı.

“Hava hücumunu tənzimləmək üçün Rusiya xüsusi xidmət orqanları Xarkov bölgəsində tapşırıqlar yerinə yetirən başqa bir briqadanın dron operatorunu işə cəlb edib”, - UTX-dən bildirilib.

Bəxtiyar CƏFƏRLİ



Избранный
19
herbiand.az

1Источники