RU

Yer Üzündə İstiləşmə Sürətlənib – Yeni tədqiqat

Son 10 ildə planetin istiləşməsi əvvəlkindən daha sürətli olub. 2015–2025-ci illərdə temperatur təxminən 0,35°C artıb, bu da 1970–2015-ci illərlə müqayisədə iki dəfə çoxdur.

QHT.az xarici mediaya istinadən bildirir ki, son üç il sənaye inqilabından əvvəlki dövrlə müqayisədə ən isti illər olub və 2024-cü ildə temperatur artımı Paris Sazişində müəyyən edilmiş 1,5°C həddini keçib. Tədqiqatçılar göstəriblər ki, bu sürətlənmiş istiləşmə təbii amillərlə izah edilə bilməz və qlobal istiləşmə daha sürətlidir.

Stefan Rahmstorf vurğulayıb ki, əgər son onillikdəki sürət davam edərsə, 2030-cu ildən əvvəl Paris Sazişinin limiti aşılacaq və bunun qarşısını almaq üçün CO2 emissiyalarını - havaya karbon qazı (karbon dioksid) çıxarılmasını sıfıra endirmək lazımdır.

Fatimə Nəbiyeva

Избранный
34
qht.az

1Источники