RU

Bakı qlobal problemlərin müzakirə olunduğu mühüm məkana çevrilib – Tənzilə Rüstəmxanlı

Bu gün dünyanmız heç zaman olmadığı qədər ağır və mürəkkəb bir mərhələyə, dövrə daxil olub. Bu dövrdə, bu mərhələdə qarşımızda dayanan ən vacib, ən önəmli məsələlərdən biri də bizim dünyanın sabitləşməsinə, dünyada əmin-amanlığın bərqərar olmasına, möhkəmlənməsinə verə biləcəyimiz töhfələrdir.

media-57e5eb3f-cbc9-46aa-b51e-14ac9b987c2f

Bu gün Azərbaycan tolerantlıq, multikultiralizm, dinlər və mədəniyyətlərarası dialoq baxımından olduqca önəmli bir ölkəyə çevrilib və bu sahədə bir nümunədir.

Ölkəmiz qeyd edilən sahədə dünyaya öz töhfəsini verməkdədir. Yəni, davamlı olaraq müxtəlif qlobal forumlar, müxtəlif görüşlər, tədbirlər vasitəsilə Azərbaycan bu sahəyə, bu istiqamətə öz töhfəsini davamlı olaraq verir. Bu baxımdan 13-ci Qlobal Bakı Forumu da prosesə mütləq şəkildə öz töhfəsini verəcək və ölkəmizin inkişafını təmin edəcək bir tədbir kimi yadda qalacaq.

Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirakı gözlənilən beynəlxalq tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.

Bu gün Azərbaycanın günbəgün artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Məhz buna görə də ölkəmiz çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev XIII Qlobal Forumun açılış mərasimindəki çıxışında növbəti dəfə dünyada və regionumuzda baş verən proseslər və digər aktual mövzularla bağlı fikirlərini söylədi. Forumda çıxış edən İlham Əliyev dünyada artan münaqişələrin və yeni gərginlik ocaqlarının beynəlxalq təhlükəsizlik sisteminə ciddi təhdid yaratdığını bildirib.

Dövlət başçısı qeyd edib ki, beynəlxalq hüquq normalarına əməl olunmaması, dövlətlərin ərazi bütövlüyünün pozulması və beynəlxalq təşkilatların qərarlarına məhəl qoyulmaması qlobal nizamın əsaslarını sarsıdır.

Prezident həmçinin vurğulayıb ki, forumun gündəliyi geniş olsa da, əsas diqqət regionda və dünyada mövcud təhlükəsizlik və sabitlik məsələlərinə yönəldiləcək. Eyni zamanda, İlham Əliyev vurğulayıb ki, təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır.

Cənab Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı əsasən beynəlxalq hüquqa hörmətin və dövlətlərin ərazi bütövlüyünün qorunmasının qlobal təhlükəsizlik və sabitlik üçün ən vacib məsələlərdən biri olduğunu vurğuladı. Eyni zamanda Azərbaycanın bu proseslərdə keçdiyi yolun – münaqişədən sonra sülhə keçidin mümkün olduğunu göstərdi.

Prezident öz çıxışı ilə Azərbaycanın əldə etdiyi bu təcrübəni beynəlxalq ictimaiyyət üçün nümunə olduğunu nümayiş etdirdi. Hər bir post-münaqişə dövrü üçün bu model tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumunda dünyanın üzləşdiyi problemlərə dair aparılan müzakirələr bu Forumun qlobal səviyyəli məsələlərin həlli üçün ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrildiyini bir daha sübut etdi. Forumun keçirilməsi dünyanın sabit gələcəyi istiqamətində atılmış mühüm addım oldu.

Избранный
57
50
interpress.az

10Источники