RU

Xaricdən gələn həkimlərin diplomları imtahanla yoxlanılaraq tanınsın – Sədr müavini

Bakı. Trend:

Müəyyən səbəblərə görə qonşu ölkələrdən pənah gətirmiş vəölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təminolunmaqda problem yaşayır. Çünki ixtisas diplomlarını tanıdılmasıüçün Səhiyyə Nazirliyinə təqdim ediləndə klinik ordinaturapilləsinin bizim təhsil sistemimizlə uyğun gəlmədiyinibildirilir.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentinbugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildəfəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Sədr müavini bildirib ki, bu gün ölkədə işləyən yaşı orta yaşhəddindən yuxarı olan həkimlərin əksəriyyəti ordinatura təhsillidirvə çox yaxşı mütəxəsislər kimi fəaliyyət göstərirlər:

“Bir tərəfdən Azərbaycanda həkim çatışmazlığı var, digərtərəfdən isə hazır gəlmiş peşəkar həkimlər işlə təmin olunabilmirlər. Təklif edirəm ki, burada xüsusi bir humanist yanaşmaedilərək həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsiniimtahanla yoxlanılaraq diplomları tanınsın”.

Millət vəkili vurğulayıb ki, ixtisasları klinik ordinaturasəviyyəsində olduğuna görə işləməyə icazə verilmədiyindən 8 iltəhsil almış bir həkimə işləmək üçün yenidən 5 il oxumaq tələbolunur:

“Halbuki onların 2 il ordinatura təhsili var və yenidənrezidentura pilləsini oxuyanda oxuduqları həmin ordinaturapilləsinin 2 ilini heç olmasa nəzərə alınmasını vacib hesab edirəm.Çünki rezidenturada 2 illik ordinatura proqramını yenidən təkrarənoxumalı olurlar. Bu da eyni fənlərin təkrarlanması və əlavə illərinitirilməsi deməkdir”.

Избранный
23
az.trend.az

1Источники