RU

35–40 il əvvəl Bakıda quraşdırılan liftlərin istismar müddəti çoxdan bitib – Vitse-spiker

Bakı. Trend:

Təxminən 35–40 il bundan əvvəl Bakı şəhərində kooperativ evlərtikilib və bu evlərə quraşdırılan liftlərin istismar müddəti çoxdankeçib.

Trend xəbərverir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovparlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ciildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Ə.Əhmədov bildirib ki, söhbət təxminən 1000 ədəd liftdəngedir:

“Həmin binalarda yaşayan insanların bu liftlərin dəyişdirilməsiüçün imkanları çatmadığından hesab edirəm ki, hökumət həminməsələyə müdaxilə etməsə, liftlərin dəyişdirilməsi çox çətin birproblemə çevriləcək və eyni zamanda çox qısa bir vaxtda riskləryarana bilər. Xahiş edirəm ki, hökumət bu məsələnin vəsait tələbetməsinə baxmayaraq, 5 illik və ya ola bilər ki, 10 illik proqramşəraitində reallaşması üçün addım atsın”.

Məqalədə:
Избранный
3
az.trend.az

1Источники