RU

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollardır

BAKI, 13 mart. TELEQRAF

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dolları təşkil edir.

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə çıxışında deyib.

Baş nazir bildirib ki, hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14.1 mlrd. və ya 20% artaraq 85 milyard dolları keçib.

"Bu, ÜDM-dən 12% çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir. Bu göstərici xarici dövlət borcunu (4,8 mlrd. dollar) 18 dəfəyədək üstələyir".

Избранный
45
1
teleqraf.com

2Источники