Bakı. Trend:
2025-ci ildə enerji istehsalı 28,6 mlrd. kVts təşkil etmiş,istehlak həcmi isə 24,7 mlrd. kVts-a yüksəlib.
Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenariclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqındahesabatının müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, hazırda hökumətin əsas vəzifəsi enerjimənbələrini qəbuletmə imkanlarını genişləndirmək və enerjisistemimizi gücləndirməkdir:
“Mövcud planlara görə, biz 2032-ci ilə qədər alternativ enerjimənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyigözləyirik.
Bərpa olunan enerji sahəsində böyük potensialımızınreallaşdırılması məqsədilə dünyanın aparıcı ölkələrinin şirkətləriilə səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində həyatakeçirilən layihələr ölkəmizin enerji təhlükəsizliyininmöhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə vədayanıqlı inkişafın təmin olunmasına xidmət edir”.