RU

"2025-ci ildə sənaye zonalarında 3,3 mlrd. manat dəyərində məhsul istehsal olunub"

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair 2-ci Milli Prioritetin əsas məqsədlərindən biri də “Paytaxt və regionların tarazlı inkişafı”dır".

Redaktor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında dedi.

Onun sözlərinə görə, 2025-ci ildə ölkədə 9 sənaye parkı və 6 sənaye məhəlləsi fəaliyyət göstərib ki, burada 179 rezident və qeyri rezident qeydiyyatdan keçib, 103 müəssisə istehsal fəaliyyətinə başlayıb:

"2025-ci ildə sənaye zonalarında 3,3 mlrd. manat dəyərində məhsul istehsal olunub, ondan 1,2 mlrd. manat həcmində məhsul ixracı edib".

Nuriyyə NATİQQIZI 

Избранный
4
5
redaktor.az

6Источники