RU

Paşinyandan revanşistlərə TƏRS ŞİLLƏ - Bakının son "tapşırığı"

Xəbər verildiyi kimi, Ermənistan Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxışı zamanı bir sıra diqqətçəkən fikirlər söyləyib. Onlardan biri də Qarabağdan könüllü köç etmiş ermənilərlə bağlıdır.

Sitat: “Qarabağlı bacı-qardaşlarımızın emosiyalarının istismar olunmaması, onlara boş ümidlər bəslənməməsi ən mühüm vəzifələrimizdən biridir. Bu məsələ ilə bağlı strategiyamız çox aydındır: qarabağlı qardaş və bacılarımız Ermənistan vətəndaşlığını almalı və Ermənistan Respublikasında daimi məskunlaşmalıdırlar. Biz artıq onlar üçün köçürmə proqramına başlamışıq və bu günə kimi 4886 ailə bundan bəhrələnib. Sülhün möhkəmləndirilməsinə yönəlmiş bu məqsədə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızdan maksimum dəstək xahiş edirik”.

Revanşistlər

Baş nazir habelə Ermənistanın yeni qəbul ediləcək konstitusiyasında Müstəqilik Aktına istinad yer almayacaq. Hansı sənəddə ki, Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları yer alıb. Ötən il isə Paşinyan “Qarabağ hərəkatını” davam etdirməyin Bakı ilə sülh prosesinə ciddi təhlükə yarada biləcəyi haqda xəbərdarlıq etmişdi. Ancaq məlumdur ki, erməni cəmiyyətində Azərbaycana qarşı radikal və revanşist ovqat hələ də kifayət qədər güclü olaraq qalır. Belə olan surətdə Baş nazirin yuxarıdakı bəyanatı seçkilərdə nə dərəcədə onun və partiyasının əleyhinə işləyə, nəticələrdə özünü göstərə bilər? Paşinyan bunun fərqindədir?

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Paşinyan müharibədə ağır məğlubiyyətdən az sonra növbədənkənar seçkilərə gedən və qalib gəlməyi bacaran erməni liderdir. Musavat.com-a danışan ekspertin fikrincə, ən gərgin dövrdə seçkiləri udan baş nazir üçün 5 il sonra partiyasının parlamentdə iqtidar olması nə qədər çətin görünsə də, mümkündür: “Nəzərə almaq lazımdır ki. Paşinyan seçkilərə əlində tutarlı arqumentlərlə gedir. Müxalifət hər nə qədər ittihamlar səsləndirsə də, onun erməni cəmiyyətinə deməyə sözü var və rəqibləri fərqli təklif irəli sürə bilmirlər. Paşinyan bildirir ki, son 5 ildən artıq müddətdə sülh yolunda böyük məsafə qət olunub, Vaşinqtonda sənəd paraflanıb. Bundan əlavə, Azərbaycan tranzit embarqosunu götürüb, Rusiya və Qazaxıstan taxılı bu ölkəyə üzərimizdən daşınmaqla gedir. Həmçinin deyir ki, Azərbaycanın neft məhsulları Ermənistanın enerji bazarında satışdadır. Üstəlik, Zəngəzur dəhlizi bu statusda olmayacaq və rus hərbçiləri yola nəzarət etməyəcək. Bu da Paşinyanın erməni cəmiyyətinə təqdim etdiyi mühüm nəticələrdən biridir. Eyni zamanda, 4 məhbus İrəvana təhvil verilib, şərti sərhəddə xeyli vaxtdır ki, hərbi eskalasiya yoxdur və erməni əsgərinin tabutu ailəsinə getmir. Paşinyan xalqına deyir ki, daha nə istəyirsiniz?!”

Մեր

Z.Qarayevanın proqnozuna görə, Paşinyan partiyası parlament seçkilərində 55-60 faiz səs qazana bilər:

“Onun rəqibləri birləşə bilmirlər. Karapetyan bir az guruldayır. O da ev dustağıdır və Rusiya vətəndaşı olduğuna görə baş nazir vəzifəsinə namizədliyi irəli sürülə bilməz. Müxalifət vahid blok şəklində belə seçkilərdə iştirak etsə, yenə də 35-40 faizdən artıq səs qazanmayacaq. Hətta mən daha az səs ehtimal edirəm. Çünki bu qüvvələrin cəmiyyətdə nüfuzu qalmayıb, xalqın nifrətini qazanıblar. Üstəlik, onlar ermənilərə Paşinyandan fərqli hansı proqramı təklif edirlər? Qarabağa qayıdacaqlar? – Nonsensdir. Sülh prosesini pozacaqlar? – Bəli, işi korlaya və yubada bilərlər, amma Ermənistana və xalqa xeyri olmayacaq. Bundan başqa, seçkilərdə xalq soyuducuya baxır. Paşinyan bir sıra iqtisadi islahatlar aparıb, ölkəyə investisiya cəlb edib. Bu mənada, risklər olsa da, Paşinyan əli güclü şəkildə seçkilərə gedir – həm daxili siyasətdə, həm sülh mövzusunda...”

Emil Salamoğlu
Musavat.com

 

Избранный
17
musavat.com

1Источники