RU

Azərbaycanda gübrə istehsalı zavodu yaradılacaq

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq çərçivəsində Azərbaycanda ilkin olaraq illik 50 min ton istehsal gücünə malik NPK (azot, fosfor, kalium) tipli qarışıq gübrə istehsalı zavodunun yaradılması nəzərdə tutulur.

Banker.az  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Məlumata görə, ilkin texniki-iqtisadi hesablamalar əsasında layihə üzrə kapital xərcləri təxminən 10,5 mln. ABŞ dolları həcmində müəyyən edilib. Hazırda hər iki tərəfdən layihədə iştirak nəzərdə tutulan investorların və layihənin yekun maliyyələşdirilmə modelinin razılaşdırılması üzrə işlər davam etdirilir.

Избранный
30
3
banker.az

4Источники