RU

Azərbaycan vətəndaşlığı: Ötən il neçə nəfər alıb?

2025-ci ildə vətəndaşsızlıq vəziyyətində olan 64 şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub.

"Yeni Sabah" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Onlardan 21-i vətəndaşlığı olmayan, 43-ü isə vətəndaşlığı naməlum şəxsdir.

Azərbaycanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması məqsədilə Xidmətin təlim-tədris mərkəzi tərəfindən Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, miqrasiya qanunvericiliyinin öyrənilməsi üçün təşkil edilmiş kurslara hesabat dövründə 2015 şəxsin müraciəti qeydə alınıb.


Telegram kanalımız
Избранный
3
9
yenisabah.az

10Источники