Yaponiya Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməkdən imtina etdi
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Yaponiya Hörmüz boğazının minalardan təmizlənməsi üçün gəmilər göndərmək niyyətində deyil. Çünki münaqişə vaxtı əməliyyatda iştirak etmək ölkənin konstitusiyasına zidd olan hərbi gücün tətbiqi kimi qiymətləndirilə bilər. Bu barədə Yaponiyanın baş naziri Takaiti bildirib. Onun sözlərinə görə, əgər hərbi əməliyyatlar rəsmən başa çatarsa, minalar sahibsiz hesab edilə bilər və o zaman onların təmizlənməsi konstitusiyanı pozmayacaq. Bununla yanaşı, hökumət başçısı qeyd edib ki, “silahlı hücum zamanı yerləşdirilmiş minaların tam olaraq nə vaxt sahibsiz hesab olunacağını təxmin etmək olduqca çətindir”.
Takaiti əlavə edib ki, Trampla qarşıdan gələn görüşü zamanı Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsi tədbirlərini müzakirə etməyi planlaşdırır.
Xuraman Etibarlı
İnterpress.az