Bu il yanvarın 1-nə Azərbaycan banklarının müddətli xarici borcu 1 milyard 164 milyon ABŞ dolları təşkil edib.
Banco.az bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə deyilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 50,3 % və yaxud 389 milyon ABŞ dolları çoxdur.
Hesabat ilinin sonuna bankların cəmi öhdəliklərinin 4 %-ni xarici borc təşkil edib.