RU

Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 12 %-ə yaxın azaldıb

Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənn ümumi daxili məhsulunun (ÜDM) 46,9 %-i, qeyri-neft-qaz ÜDM-nin isə 65,7 %-i qədər - 60,6 milyard manat təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd edilib.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,7 % azdır.

Hesabat tarixinə sektorun aktivlərinin 92,3 %-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəllə müqayisədə 15,1 faiz bəndi çoxdur. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 19,5 %-dən 2 %-ə düşüb, sığorta şirkətlərinin payı 3 %-dən 3,5 %-ə qalxıb, investisiya şirkətlərinin payı isə 0,2 % qalıb.

BOKT-ların aktivlərdəki payının kəskin azalması "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin toksik aktivlərinin cəmləşdiyi "Aqrarkredit" QSC BOKT-un aktivlərinin nəzərə alınmaması ilə bağlıdır.

Избранный
26
3
banco.az

4Источники