Bakı. Trend:
Ölkə əhalisinin təsərrüfat-içməli su təxhizatına sanitariyanəzarəti məqsədilə Səhiyyə Nazirliyinin Gigiyena və EpidemiologiyaMərkəzinin laboratoriyalarında 2025-ci il ərzində 61 şəhər vərayonun su təchizatı sistemlərindən nümunələr götürülüb.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, bakterioloji və fiziki-kimyəvi göstərcilərə görəayrı-ayrılıqda 702 su nümunəsi müayinə edilib.
Həmin nümunələrdən 1 faizi orqanoleptik, 0.5 faizi kimyəvi, 2.8faizi isə bakterioloji göstəricilərinə görədövlət standartlarınıntələblərinə cavab verməyib.