İrandan buraxılan daha bir raketin Türkiyənin Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edildiyi ilə bağlı məlumat yayılıb.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi mənbələrdən əldə edilən məlumata görə, İran istiqamətindən gələn raket yaşayış məntəqələrinə çatmadan yüksək hündürlükdə zərərsizləşdirilib.
Müdaxilə zamanı hər hansı partlayış və ya insan itkisi baş vermədiyi, HHM sistemlərinin koordinasiyalı şəkildə fəaliyyət göstərdiyi bildirilib.
Lakin sözügedən raket hücumu rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.