RU

Lu Mey: Azərbaycan Si Cinpinin irəli sürdüyü təşəbbüsü dəstəkləyir

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin "bəşəriyyətin vahid taleyə malik icması" konsepsiyasını dəstəkləyir".

Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu konsepsiya uzunmüddətli sülhə, ümumi təhlükəsizliyə, ortaq rifaha, açıq və inklüziv əməkdaşlığa əsaslanan dünya quruculuğunu təşviq edir.

"Si Cinpin inkişaf, təhlükəsizlik, sivilizasiya və qlobal idarəetmə istiqamətlərini əhatə edən dörd mühüm qlobal təşəbbüs irəli sürərək bəşəriyyətin gələcək inkişafına strateji istiqamət göstərib. "Vahid taleyə malik bəşəriyyət icması" ideyası artıq 100-dən çox ölkə və beynəlxalq təşkilat, o cümlədən Azərbaycan tərəfindən dəstəklənib və beynəlxalq ictimaiyyətin böyük hissəsi tərəfindən müsbət qarşılanıb.

40-dan çox ölkə və regional təşkilat bu təşəbbüsə qoşulub. Azərbaycan da Si Cinpinin irəli sürdüyü bu təşəbbüsü dəstəkləyir və Çin tərəfindən yaradılmış "Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu"na və "Qlobal İdarəetmə Təşəbbüsünün Dostları Qrupu"na fəal şəkildə qoşulub".

Töhfə Səməd

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
oxu.az

1Источники