Oxumeni.az saytına istinadən ain.az xəbər verir.
“Formula-1” mövsümündə sprint yarışı olan ilk mərhələ Çində keçiriləcək
2026-cı il mövsümü üzrə “Formula-1” dünya çempionatının ikinci mərhələsi — Çin Qran-prisinin proqramı cümə günü Şanxayda start götürəcək.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu mərhələ çempionatda sprint yarışının keçiriləcəyi ilk mərhələ olacaq.
Ümumilikdə belə Qran-Prilərin sayı altı olacaq. Cümə günü sprint yarışı üçün təsnifat mərhələsi keçiriləcək, şənbə günü əvvəlcə 100 km-lik yarış, sonra isə əsas bazar günü yarışı üçün təsnifat mərhələsi baş tutacaq. Sprint üçün xal toplama sistemi dəyişməz qalıb, xalları ilk səkkiz pilot qazanacaq: qalib səkkiz xal, səkkizinci yerdə finişə çatan isə bir xal qazanacaq.
Şanxay avtodromu "Formula-1"in baş memarı Herman Tilkenin layihəsi əsasında tikilib, ilk yarış burada 2004-cü ildə keçirilib. Trasın forması "şan" heroqlifini xatırladır. Avtodrom bataqlıq ərazidə tikilib, bataqlıq qurudulub, sonra isə 80 metrə qədər dərinlikdə 40 mindən çox qazıq torpağa vurulub, bundan sonra isə çuxur 400 ton poliesterlə doldurulub. Avtodromun ümumi dəyəri 450 milyon dollardan çox olub.
Almaz Həsənli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.