RU

Kuba Vatikanla razılaşma çərçivəsində 51 məhbusu azad edəcək

Kuba hökuməti yaxın günlərdə həbs cəzasına məhkum edilmiş 51 nəfərin azadlığa buraxılmasını əmr edib.

Trend-in məlumatına görə, bu barədə Kuba Xarici İşlər Nazirliyi xəbər verib.

"Kuba hökuməti xoşməramlı münasibətlər və Kuba dövləti ilə Vatikan arasında tarixən məhkəmə araşdırması və məhbusların azad edilməsi məsələləri ilə bağlı əlaqə saxladığı güclü və çevik münasibətlər ruhunda yaxın günlərdə həbs cəzasına məhkum edilmiş 51 nəfəri azad etmək qərarına gəlib", - deyə bildirilib.

Qeyd edilib ki, onların hamısı cəzalarının əhəmiyyətli bir hissəsini çəkib və həbsxanada nümunəvi davranış nümayiş etdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
1
olaylar.az

2Источники