RU

Avropanın ən qədim silahı tapılıb

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Almaniyanın şimal-şərqindəki ərazidə arxeoloqlar Avropanın ən qədim əl odlu silahının ilk nümunəsi olduğu təxmin edilən və bürünc materialdan hazırlanmış qədim fraqment tapıblar.

Reyting.az xəbər verir ki, arxeoloqların sözlərinə görə, tarixi ehtimal edildiyi kimi, 1390-cı illərə aid olan, həm də "Kletzke Handrohr" adlandırılan bu tapıntı 6 santimetr uzunluğundadır və silah erkən əl topunun bir hissəsi hesab olunur.

Mütəxəssislərin fikrincə, artefaktın 1390-cı ildə Kletzke qalasının mühasirəsi ilə bağlı döyüşə aid ola biləcəyi ilkin, eyni zamanda da daha inandırıcı versiyadır. Alimlərə görə, əgər nadir tapıntının yaşı təsdiqlənərsə, bu, Avropada barıt silahlarının tarixini daha da qədim dövrə bağlaya bilər.

Bu nadir silah tapıntısı könüllü araşdırmaçı və arxeoloq Matias Dasse tərəfindən aşkar edilib, daha sonra isə almaniyalı arxeoloq-alim Torsten Qeue işə cəlb olub.

Məlumata görə, ilk dəfə bu tapıntı da məhz alim Qeuenin tərəfindən Brandenburqdakı konfransda təqdim olunub. Mütəxəssislərin sözlərinə görə, bu qədim fraqment erkən bürünc dövründə hazırlanmış əl topunun ön hissəsi də ola bilər.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
reyting.az

1Источники