RU

ABŞ-ın İran əməliyyatında növbəti itkisi – Yanacaqdoldurma təyyarəsinin 6 ekipaj üzvünün hamısı öldü

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135” tipli yanacaqdolduran təyyarə cümə axşamı İraqın qərbində qəzaya uğrayıb.

Heftelik.az xəbər verir ki, “KC-135” tipli yanacaq dolduran təyyarəsinin 6 ekipaj üzvünün hamısı həlak olub.

Zədələnmiş bir digər “KC-135” tipli təyyarə isə İsraildə uğurla eniş edib.

Qeyd edə ki, KC-135 əsas hava yanacaqdoldurma təyyarəsidir. Təyyarə tək bir uçuşda 90 tona qədər yanacaq ötürə bilir. Bu nəhəng təyyarənin dəyəri təxminən 25 milyon dollardır.

Pentaqon təyyarənin vurulması ilə bağlı xəbərləri təkzib edib. Məlumata görə İrana qarşı əməliyyatlar zamanı itirilən dördüncü ABŞ təyyarəsidir.

 

Избранный
53
3
heftelik.az

10Источники