
İranın Mərkəzi Komandanlıq Qərargahının komandanı, general-mayor Əli Abdullahi ölkənin silahlı qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə o, açıqlamasında deyib.
Əli Abdullahi İslam İnqilabının Rəhbərinin mesajına istinad edərək qeyd edib ki, İran İslam Respublikasının Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malikdir və rəhbərliyin bütün əmr və göstərişlərini yerinə yetirməyə hazırdır.
O, həmçinin rəhbərliyə göstərilən diqqətə görə təşəkkürünü ifadə edib.
“Silahlı qüvvələrimiz son nəfəsinədək böyük cəsarətlə düşmənləri darmadağın edəcək və İslama, müsəlmanlara, ölkəmizə və səbirli İran xalqına qarşı törədilən cinayətlərin cəzasını verəcək”, – deyə Abdullahi vurğulayıb.
Seyranə QuliyevaMissiya.Az