Bu gün Misli Premyer Liqasında XXIV turuna start verilir.
Moderator.az xəbər verir ki, turun açılış qarşılaşmasında "Araz-Naxçıvan" klubu "Karvan-Yevlax"la üz-üzə gələcək.
"Liv Bona Dea Arena"da keçiriləcək matç saat 18:30-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək. Saat 20:30-da start götürəcək görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" 33 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. "Karvan-Yevlax" isə səkkiz xalla sonuncudur. "Sumqayıt" 32 xalla altıncı, 27 xala malik "Şamaxı" isə səkkizincidir.
Misli Premyer Liqası
XXIV tur
13 mart
18:30. "Araz-Naxçıvan" - "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Liv Bona Dea Arena".
20:30. "Sumqayıt" - "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.