RU

Sumqayıt Şamaxı nı qonaq edir

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının 24-cü turunun ilk oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "Şamaxı"nı qonaq edir.

Hazırda aktivində 32 xal olan "kimyaçılar" turnir cədvəlinin 6-cı, "şirlər" isə 27 xalla 8-ci pilləsində qərarlaşıb. "Qara zolağa" düşən meydan sahibləri bugünkü oyuna dönüş nöqtəsi kimi baxır. Meydan sahibləri məhz bu görüşdə uğursuzluğa son qoymaq istəyir. Ancaq Ayxan Abbasovun komandasını "bərk qoz" olduğunu nəzərə alsaq, bu heç də asan olmayacaq.

Qeyd edək ki, turun digər matçları sabah və bazar günü keçiriləcək.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

20:30. "Sumqayıt" - "Şamaxı"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər ƏhmədovVAR: Əli ƏliyevAVAR: Vüsal MəmmədovHakim-inspektor: Ömər PaşayevAFFA nümayəndəsi: Emin CəfərovSumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
80
sport24.az

1Источники