Yazını böyüt
Yazını kiçilt
İraq Kürdüstanının Ərbil şəhərindəki Fransa və peşmərgə qüvvələrinin müştərək hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum olunub.
Hafta.az “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə Ərbil şəhərinin meri məlumat verib.
Hücum nəticəsində hərbi hissədə partlayışlar və yanğın baş verib. Altı Fransa hərbçisinin yaralandığı bildirilir.