RU

Delimobil avtomobillərinin istismar müddətini 8 9 ilə qədər artırıb

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Delimobil" karşerinq xidməti avtoparkındakı avtomobillərin istismar müddətini 8-9 ilə qədər artırıb.

Oxu.Az xəbər verir ki, bu barədə şirkət rəsmisi Natalya Borisova "İzvestiya" qəzetinə bildirib.

Borisovanın sözlərinə görə, ilkin olaraq nəqliyyat vasitələrinin 5 il istifadəsi planlaşdırılsa da, sonradan bu müddət ardıcıl olaraq 6, 7 və nəhayət, 8-9 ilə çatdırılıb.

Qeyd olunub ki, avtomobillər istismar müddətinin ilk 4 ilini Moskvada keçirəcək, daha sonra isə digər regionlara göndəriləcək. Şirkət 2023-cü ildən etibarən Çin istehsalı olan avtomobillərə üstünlük verir. Maliyyə direktorunun bildirdiyinə görə, "Delimobil"in şəxsi təmir bazasının olması nəqliyyat vasitələrinin texniki vəziyyətinə dərindən nəzarət etməyə imkan yaradır. Çin istehsalı olan avtomobillər müasir və qənaətcil olduğu üçün müştərilər tərəfindən böyük maraqla qarşılanır.

Şirkətin baş direktoru Vinçenzo Trani isə bildirib ki, Rusiya ərazisində yığılan avtomobillər "Delimobil" üçün iqtisadi cəhətdən daha sərfəlidir. Bunun əsas səbəbi ehtiyat hissələrinin asan tapılması və təmir-yenilənmə prosesinin birbaşa Çindən idxal edilən maşınlara nisbətən daha sürətli başa gəlməsidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
54
oxu.az

1Источники