RU

Kuba Vatikanla danışıqlardan sonra 51 məhbusu azadlığa buraxıb

Kuba hakimiyyəti xoşməramlı münasibət əlaməti olaraq 51 məhbusu azadlığa buraxıb.

"Report" xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Qeyd olunub ki, qərar Vatikan nümayəndələri ilə danışıqlardan sonra verilib.

"Kuba dövləti ilə Vatikan arasında xoşməramlı münasibətlər və sıx əməkdaşlıq ruhunda Kuba yaxın günlərdə 51 məhbusu azad etmək qərarına gəlib", - Kuba Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

Məhbusların kimliyi və ya həbs səbəbi göstərilmir. Yalnız onların cəzalarının çox hissəsini çəkdikləri və əvvəllər heç bir intizam tədbiri və ya şikayətləri olmadığı bildirilir.

Избранный
43
far.az

1Источники