RU

ABŞ Rusiyanın tankerlərlə neft satışına bir aylıq icazə verib

ABŞ Rusiyaya tankerlərlə neft satışına bir aylıq icazə verib.

Banker.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyaya 12 mart tarixinə qədər gəmilərə yüklənmiş neft və neft məhsullarının satışına dair lisenziya təqdim edib.

Məlumata görə, lisenziya 12 mart – 12 aprel tarixləri arasında qüvvədə olacaq. Sənəddə bildirilib ki, “12 mart 2026-cı il tarixinə gəmilərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının tədarükü və satışına icazə verən 134 saylı ümumi lisenziya” qüvvəyə minib.

ABŞ maliyyə naziri Skott Bessent qeyd edib ki, bu icazə yalnız artıq tranzitdə olan neftə şamil olunur. Onun sözlərinə görə, qərarın məqsədi mövcud yanacaq tədarükünün qlobal miqyasda davamlılığını təmin etməkdir.

Bildirilib ki, sözügedən ümumi lisenziya İranla bağlı hər hansı əməliyyata şamil edilmir və icra sərəncamları ilə qadağan olunmuş fəaliyyətlər üçün icazə hesab edilmir.

Избранный
50
13
banker.az

10Источники