RU

ABŞ İraqda KC-135 yanacaqdolduran təyyarəsini itirdi: Qəza, yoxsa hücum?

ABŞ İraqda KC-135 yanacaqdolduran təyyarəsini itirdi: Qəza, yoxsa hücum?

"İraq İslami Müqaviməti"nə daxil olan şiə silahlı qruplaşmaları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 yanacaqdolduran təyyarəsini vurduqlarını iddia edirlər.

AFN.az xəbər verir ki, müvafiq bəyanat radikalların Telegram kanalında dərc olunub.

"Ölkəmizin suverenliyini və hava məkanını qorumaq çərçivəsində "İraq İslami Müqaviməti"nin tərəfdarları ABŞ Hərbi Hava Qüvvələrinin KC-135 təyyarəsini vurublar", — deyə məlumatda bildirilir. Qruplaşma nümayəndələri təyyarənin məhz necə vurulduğunu dəqiqləşdirməsələr də, bunun üçün guya "müvafiq silahlardan" istifadə etdiklərini qeyd ediblər. Onların iddiasına görə, hadisə İraqın qərbində baş verib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə öz növbəsində İraqın qərbində KC-135 yanacaqdolduran təyyarəsinin itirildiyini təsdiqləsə də, bunun düşmən atəşi nəticəsində baş verdiyini təkzib edib. CENTCOM-un bəyanatına görə, hadisə "Epic Fury" əməliyyatı çərçivəsində, dost hava məkanında iki təyyarənin iştirakı ilə baş vermiş texniki qəza və ya toqquşma nəticəsində olub. Məlumatda bildirilir ki, təyyarələrdən biri İraqın qərbində qəzaya uğrayıb, ikincisi isə sağ-salamat yerə enib. Hazırda itkin düşmüş heyət üzvlərinin axtarış-xilasetmə işləri davam edir.

Избранный
65
8
afn.az

10Источники