RU

Braziliya ABŞ rəsmisinə Bolsonaroya baş çəkməyə icazə vermədi

Braziliya ABŞ rəsmisinə Bolsonaroya baş çəkməyə icazə vermədi

Braziliya hakimiyyəti ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Darren Bittiyə həbsxanada Braziliyanın keçmiş lideri (2019-2022) Jair Bolsonaroya baş çəkmək icazəsi verməyib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq qərarı Cənubi Amerika respublikasının Federal Ali Məhkəməsinin hakimi Aleşandri di Morais qəbul edib.

Portal qeyd edir ki, di Morais daha əvvəl Dövlət Departamenti əməkdaşının penitensiar müəssisəyə buraxılmasının məqsədəuyğunluğu barədə məlumat almaq üçün Braziliya Xarici İşlər Nazirliyinə rəsmi sorğu göndərib. Cavab olaraq diplomatik idarənin rəhbəri Mauro Vieyra qeyd edib ki, Bittinin Bolsonaro ilə mümkün görüşü ölkənin "daxili işlərinə müdaxilə" kimi qiymətləndirilə bilər, nəticədə hakim Amerika nümayəndəsinin vəsatətini rədd edib. "O Globo" qəzetinin yazdığəna görə, Bitti bu yaxınlarda faktiki olaraq Dövlət Departamentində ABŞ-Braziliya münasibətlərinin kuratoru olub. Bununla yanaşı, nəşr vurğulayıb ki, diplomat Braziliyanın hazırkı Luis İnasio Lula da Silva hökumətinin "tanınmış tənqidçisidir".

Избранный
71
afn.az

1Источники