RU

X Aİ-nin cəriməsindən sonra verifikasiya sistemini dəyişir

X Aİ-nin cəriməsindən sonra verifikasiya sistemini dəyişir

Avropa Komissiyası tərəfindən 120 milyon avro məbləğində cərimələnən X sosial şəbəkəsi Avropa İttifaqında istifadəçilərin verifikasiyası (təsdiqlənməsi) mexanizmini dəyişməyə razılıq verib.

AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Toma Renye məlumat verib. "X şirkəti göy işarə (verifikasiya olunmuş istifadəçi) ilə bağlı vəziyyəti düzəltmək üçün tədbirlər təklif edib. Avropa Komissiyası daxil olan təklifləri diqqətlə nəzərdən keçirəcək" - deyə Renye bildirib. O, sosial şəbəkə tərəfindən təqdim olunan tədbirlər barədə ətraflı məlumat verməyib.

2025-ci ilin dekabrında Avropa Komissiyası Aİ-nin rəqəmsal qaydalarını pozduğuna görə X platformasını 120 milyon avro məbləğində cərimələyib. Renyenin Brüsseldə keçirilən brifinqdə bildirdiyinə görə, sosial şəbəkə şəffaflıq normalarını pozub: "Bura platformada ödənişli "göy işarə"nin olması da daxildir ki, bu da istifadəçiləri azdırır, çünki həmin işarəni hər kəs ala bilər, X isə kifayət qədər yoxlama aparmır".

Renye həmçinin iddia edib ki, X-dəki reklam siyasəti istifadəçiləri aldadır və sosial şəbəkə avropalı tədqiqatçılar üçün rəqəmsal məlumatları təqdim etmir, halbuki Avropa Komissiyasının Rəqəmsal Xidmətlər Aktı çərçivəsində bütün rəqəmsal şirkətlər bunu etməyə borcludur.

Избранный
94
afn.az

1Источники