RU

Yeni timsah növü kəşf edilib

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tədqiqatçılar "Crocodylus lucivenator" adlı yeni bir nəhəng timsah növü kəşf ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Popular Science" jurnalı məqalə dərc edib. Qeyd olunub ki, bu növ təxminən 3.4-3 milyon il əvvəl indiki Efiopiya ərazisində məskunlaşıb və insan əcdadları üçün ölümcül təhlükə yaradıb.

Əddis-Əbəbə muzeyində saxlanılan fosil qalıqlarının araşdırılması nəticəsində paleontoloqlar bu yırtıcıların uzunluğunun 4.5 metrə, çəkisinin isə təxminən 600 kiloqrama çatdığını müəyyən ediblər. Ayova Universitetinin ekoloqu Kristofer Broçu vurğulayıb ki, bu timsah dövrünün ekosistemindəki ən böyük yırtıcı olub, ölçülərinə görə şir və kaftarları geridə qoyub.

"Crocodylus lucivenator"un fərqləndirici xüsusiyyəti burnunun ortasındakı özünəməxsus sümük çıxıntısıdır. Maraqlıdır ki, bu xüsusiyyət müasir Amerika timsahlarında olsa da, Nil timsahlarında rast gəlinmir.

Sözügedən qalıqlar məşhur Hadar bölgəsində tapılıb. "Crocodylus lucivenator" bu ərazidə aşkar edilən yeganə timsah növü olduğu üçün ona məhz bu ad verilib. Adın mənası latın dilindən tərcümədə "Lüsi ovçusu" deməkdir (Lüsi - Hadarda tapılan məşhur insan əcdadı fosilidir).

Sümük analizi qədim timsahların öz növlərinə qarşı da aqressiv olduqlarını üzə çıxarıb. Alimlər bəzi nümunələrdə qismən sağalmış çənə zədələri tapıblar ki, bu da qədim yırtıcılar arasında şiddətli döyüşlərin getdiyini sübut edir. Tennessi Universitetinin paleontoloqu Stefani Drumheller bildirib ki, üz nahiyəsindən dişləmə ilə müşayiət olunan bu aqressiv davranış timsahlar fəsiləsinin ən qədim nümayəndələrinə xas xüsusiyyətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
109
1
oxu.az

2Источники