RU

Efiopiyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 107 nəfər ölüb

Efiopiyanın cənubunda güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 107 nəfər ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə yerli rəsmilərə istinadən "Addis Standard" qəzeti məlumat yayıb.

"Qamo bölgəsində baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 107-yə çatıb. Axtarış qrupları cəsədləri çıxarmağa davam edir", - məlumatda vurğulanıb.

Martın 9-u gecədən 11-i səhərə qədər davam edən güclü yağışlar Efiopiyanın cənubunda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Yerli rəsmilərin sözlərinə görə, leysan yağışlar infrastruktura da ciddi ziyan vurub. Bölgədəki bir çox yollar bağlanıb, ictimai nəqliyyatın hərəkətində çətinlik yaranıb və bu da yardım səylərini xeyli çətinləşdirib.

Bir neçə gün əvvəl qonşu Keniyada da güclü yağışların yaratdığı daşqınlar ən azı 50 nəfərin həyatına son qoyub, 2600 ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Избранный
69
far.az

1Источники