Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, tur çərçivəsində İtaliya A Seriyasının turnir cədvəlində son pillələrdə qərarlaşan "Fiorentina" Polşa təmsilçisi "Rakuv"u qəbul edib.
Görüş florensiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmalardan biri də "Kristal Pelas" (İngiltərə) - "AEK Larnaka" (Kipr) klubları arasında baş tutub. Tərəflərin səylərinə baxmayaraq, matçda qol səsi eşidilməyib.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"AZ Alkmaar" (Niderland) - "Sparta" (Çexiya) - 2:1;
"Lex" (Polşa) - "Şaxtyor Donetsk" (Ukrayna) - 1:3;
"Riyeka" (Xorvatiya) - "Strasburq" (Fransa) - 1:2;
"Samsunspor" (Türkiyə) - "Rayo Valyekano" (İspaniya) - 1:3;
"Selye" (Sloveniya) - AEK (Yunanıstan) - 0:4.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.