RU

Serbiyanın "MiQ-29" qırıcıları Çin istehsalı hava-yer raketləri ilə təchiz olunub

Serbiya Hərbi Hava Qüvvələrinin "MiQ-29" qırıcıları 400 km-ə qədər mənzilə malik hava-yer raketləri ilə təchiz olunub.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Serbiya Radio Televiziyasında bildirib.

A. Vuçiç sahib olduqları raketlərdən söz açaraq onların, əslində, Çin tərəfindən istehsal olunduğunu və Serbiyadan əvvəl Pakistanın da aldığını diqqətə çatdırıb:

"Bu raketlər çox bahadır. Bir raketin qiyməti bir milyon yarım avrodan çoxdur. Pakistanın Çinə ödədiyi qiymətlə müqayisədə, biz kiçik bir endirim əldə etdik. Amma yenə də bahalı və çox effektiv raketlərdir. Onların "CM-400" adlanır, yer-hava raketləridir. Mühəndislərimizi təbrik edirəm, onlar Çin raketini bütün Avropada və dünyada ən yaxşı təchiz olunmuş Rusiyanın MiQ-29 qırıcısına uğurla inteqrasiya ediblər. "CM-400" raketləri dağıdıcı gücə malikdir və çəkisindən asılı olaraq 200–400 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. Bizdə bu raketlərdən əhəmiyyətli sayda var və daha da çox olacaq".

Избранный
86
far.az

1Источники