RU

Ukrayna pasportu Macarıstan rəsmisinin YOLUNU KƏSDİ: Səfərbərlik QORXUSU

Macarıstan nümayəndə heyətinin üzvü səfərbərlik qorxusundan Ukraynaya getməkdən imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Macarıstanın energetika nazirinin müavininin rəhbərlik etdiyi və “Dostluq” (Drujba) neft kəmərinin vəziyyətini yoxlamaq üçün göndərilən nümayəndə heyətində gözlənilməz hadisə baş verib.

İlkin plana görə beş nəfərdən ibarət olan heyət çərşənbə günü Ukrayna ərazisinə daxil olsa da, nümayəndələrdən biri gəlməkdən imtina edib.

Məlum olub ki, nümayəndə heyətinin beşinci üzvü əslən Ukraynanın Zakarpatye vilayətindəndir.

Macarıstan vətəndaşlığı ilə yanaşı, hələ də Ukrayna pasportuna sahib olan həmin şəxs səfərbərlik qorxusu səbəbindən Kiyevə getməyib.

O, Ukrayna ərazisinə daxil olacağı təqdirdə hərbi xidmətə çağırılacağından ehtiyat edərək son anda qərarını dəyişib.

Nəticədə neft kəmərinin təftişi dörd nəfərlik heyətlə davam etdirilib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
43
interpress.az

1Источники