Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Vensə İrəvana səfəri zamanı Qarabağ haqqında kitab hədiyyə edən muzey direktorunu işdən çıxarıb.
Erməni mətbuatı yazır ki, Paşinyan İrəvandakı bir muzeyin direktoru Edita Qzoyandan Vensə hədiyyə etdiyi kitaba görə istefa verməsini istəyib. Paşinyan kitabın Vensə hədiyyə edilməsini "hökumətin xarici siyasətinə zidd olan təxribatçı hərəkət" adlandırıb.
"Əgər bir ölkənin baş naziri "Qarabağ hərəkatı yoxdur" deyirsə, xarici bir qonağa “Artsax” məsələsi haqqında kitab hədiyyə etmək nə anlama gəlir? Ölkədə neçə nəfər xarici siyasət apara bilər? Hökumətin xarici siyasətinə zidd bir şey deyən hər hansı bir dövlət məmuru işdən çıxarılacaq" – deyə Baş nazir məsələ ilə bağlı bildirib.
Tahir TAĞIYEV