RU

Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu

style='margin-bottom:10px;'>

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, yarışın 4-cü günündə Azərbaycanın iki qadın güləşçisi final görüşünə çıxıb.

Gültəkin Şirinova (55 kq) həlledici görüşdə macarıstanlı Gerda Tereklə bacarmayıb (0:11) və gümüş medal əldə edib.

Günay Qurbanovanın (59 kq) belaruslu Marta Hetmanavayla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (2:1) qalib gələn güləşçimiz ötənilki nəticəsini təkrarlayıb və titulunu qorumaqla yenidən U-23 Avropa çempionu olub.

Избранный
61
7
teleqraf.com

8Источники