RU

Ukraynanın sərbəst güləş üzrə azərbaycanlı təmsilçisi Avropa çempionu olub

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, Ukraynanı sərbəst güləş üzrə 50 kiloqram çəki dərəcəsində təmsil edən azərbaycanlı Aidə Kərimova rəqiblərinə qalib gələrək birinci yeri tutub və qızıl medal qazanıb.

A.Kərimova Ukraynada ilk azərbaycanlı qadın idmançı kimi bu nailiyyətin sahibidir.

Qeyd edək ki, A.Kərimova Donetsk vilayətinin Toretsk şəhərində doğulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
1
oxu.az

2Источники