RU

Şəhəri timsahlar işğal etdi

ain.az, 525.az saytına istinadən bildirir.

Leysan yağışlar Avstraliyanın Ketrin şəhərinə  təbii fəlakətlə yanaşı qorxu da gətirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ketrin çayının daşması nəticəsində şəhərin küçələrində timsahlar peyda olub. Onların şəhərin su basmış küçələrində, hətta həyətyanı sahələrdə sərbəst üzdükləri müşahidə olunur. Subasma üzündən sakinlərin bir hissəsi təxliyə edilib. Bir qrup insan isə məhz timsahlar görə təhlükəsiz ərazilərə köçürülüb.

Şəhər meri Coanna Holdin əhaliyə müraciət edərək su basmış yerlərdən uzaq olmağı, bu ərazilərdən ancaq qayıqla keçməyi və timsahlarla rastlaşdıqda xilasetmə xidmətinə müraciət etməyi məsləhət görüb.

Qeyd edək ki, bu, son 10 ildə şəhərin üz-üzə qaldığı 4-cü belə haldır. Rekord isə 1998-ci ildə yaşanıb. Belə ki, o vaxt çayda suyun səviyyəsi 20,4 metr yüksəlmişdi. 

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
76
525.az

1Источники