RU

Avropa çempionu: Ən böyük rəqibim özüməm

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Zrenyanin, 13 mart, AZƏRTAC

İkinci dəfə Avropa çempionu oldum.

AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın Zrenyanin şəhərində təşkil edilən U-23 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Günay Qurbanova

deyib.

59 kiloqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib: "Ümid edirəm ki, gələcəkdə də bu medalı qazanmaq üçün daha çox şansım olacaq. Bu yola gəlmək asan olmadı. Həmişə məni dəstəkləyən məşqçilərimə təşəkkür edirəm. Mənim üçün zəif rəqib yoxdur, əsas rəqibim özüməm. Amma final ən çətin mərhələ oldu.

Növbəti hədəfim böyüklər arasında Avropa çempionatıda qızıl medal qazanmaqdır".

Müxbir: Cavid Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
4
azertag.az

5Источники