RU

Xocavənddə mina partlayıb: çoban ölüb

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

DİN, Baş Prokurorluq və ANAMA birgə məlumat yayıb

İşğaldan azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində 2026-cı il 12 mart tarixində mina hadisəsi baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.

Hadisə nəticəsində 1968-ci il təvəllüdlü, Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
80
15
ayna.az

10Источники