RU

Mirzoyan isveçrəli həmkarı ilə Yaxın Şərqi müzakirə ediblər

ain.az bildirir, Moderator.az portalına istinadən.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berndə İsveçrənin vitse-prezidenti, Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri İqnazio Kassislə görüşüb.

Moderator.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun dinamik inkişafını və müxtəlif istiqamətlərdə tərəfdaşlığın gələcək inkişafına hazırlığı məmnuniyyətlə qeyd ediblər.

Mirzoyan və Kassis Cənubi Qafqaz və Yaxın Şərqdəki hadisələr ətrafında da fikir mübadiləsi aparıblar. Ermənistanın XİN rəhbəri İrəvan və Bakı arasında bərqərar olmuş sülhün daha da institusionallaşdırılmasına yönəlmiş addımları təqdim edib.

Onlar, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
8
moderator.az

9Источники