RU

Anar Quliyev BMT rəsmisi ilə Qarabağ və Şərqi Zəngəzurda birgə layihələri müzakirə edib FOTO

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rossbax ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə o, "X"dəki hesabında yazıb.

"Görüş zamanı may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13 Azerbaijan) hazırlıq prosesini müzakirə etdik. Qeyd olundu ki, qarşıdan gələn tədbirə beynəlxalq maraq yüksəkdir və bugünədək artıq 15 000-ə yaxın iştirakçı qeydiyyatdan keçib. Həmçinin Forumun təşkilinə dair əsas məsələlər və hazırlıq çərçivəsində qarşıda duran addımlardan danışdıq. Əminik ki, WUF13 dayanıqlı şəhər inkişafı və mənzil siyasəti ilə bağlı qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma olacaq. Eyni zamanda, Azərbaycan ilə UNHabitat arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən birgə layihələr barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
64
3
moderator.az

4Источники