RU

Pentaqon: Əksər Avropa ölkələri İrana qarşı əməliyyatı dəstəkləyir

Avropa ölkələrinin böyük əksəriyyəti İrana qarşı əməliyyat zamanı ABŞ-a aktiv hərbi dəstək verir.

"Ölkə.az" xəbər verir ki, bunu NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı, ABŞ generalı Aleksus Qrinkeviç bildirib.

“Deyərdim ki, ümumilikdə Avropa müttəfiqlərimizin böyük əksəriyyəti, xüsusən də hərbi səviyyədə, İrana qarşı kampaniyanı son ​​dərəcə dəstəkləyir. Onlar öz hava məkanlarına baza girişi və uçuş hüquqları verirlər. ABŞ-dən uçan təyyarələrin yanacaqla doldurulmasına, eləcə də İrana qarşı əməliyyat üçün hərbi yüklərin əhəmiyyətli bir hissəsinin daşınmasına imkan verir" - Qrinkeviç qeyd edib.

General xatırladıb ki, Avropa ölkələri kifayət qədər tez hərəkət etməyiblər və ya Vaşinqtona tələb etdikləri çıxışı təmin etməyiblər: "Lakin hazırda Yaxın Şərqdə baş verən hadisələr fonunda Avropadan böyük dəstək görürük".

Избранный
40
1
olke.az

2Источники