RU

"Saudi Aramco" PUA almaq üçün danışıqlar aparır

Dünyanın ən böyük neft şirkətlərindən biri olan "Saudi Aramco" neft yataqlarını hücumlardan qorumaq üçün Ukraynadan pilotsuz uçuş aparatları (PUA) almaq barədə danışıqlar aparır.

"Ölkə.az" bildirir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən xəbər verir.

Nəşr bildirib ki, düşmən dronlarını yaxın məsafədən vurmaqla və ya partlatmaqla zərərsizləşdirə bilən tutucu dronlar istehsal edən SkyFall və Wild Hornets şirkətləri ilə danışıqlar aparılır.

Eyni zamanda, Səudiyyə şirkəti PUA-nı hökumətdən və regional rəqiblərdən, xüsusən də Qətərdən əvvəl almaq istəyir.

Elvin

Ölkə.az

Избранный
129
olke.az

1Источники