RU

NATO Avropadakı HHM sistemlərinin bir hissəsini Yaxın Şərqə köçürüb

Yaxın Şərqdə münaqişənin gərginləşməsi ilə əlaqədar NATO öz hava hücumundan müdafiə (HHM) sistemlərinin bir hissəsini Avropadan həmin regiona köçürmək qərarına gəlib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, general Aleksus Qrinkeviç bildirib.

General qeyd edib ki, Aralıq dənizinin şərq hissəsində NATO müttəfiqlərini qorumaq üçün ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının tabeliyində olan HHM vasitələrindən istifadə olunurdu. Bu sistemlərin Yaxın Şərqə köçürülməsi ilə bağlı suala o, müsbət cavab verib.

HHM sistemlərinin köçürülməsi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlıdır. Qrinkeviçin sözlərinə görə, Avropa Komandanlığı bu sistemləri münaqişə zonasına köçürərək, Avropada onların sayını artıq azaldıb.

Bununla yanaşı, Amerikanın "Politico" qəzeti Avropa İttifaqının Ukrayna ordusu üçün zəruri olan HHM raketlərinin ehtiyatlarını tükəndirdiyini bildirib. Ukrayna silah tədarükünün, xüsusən də hava hücumundan müdafiə üçün son dərəcə vacib olan "Patriot" zenit raket kompleksi raketlərinin azalması ilə bağlı narahatlığını ifadə edib.

Избранный
62
3
moderator.az

10Источники