RU

ABŞ-dən "müharibəyə son" siqnalı: Tramp Təl-Əvivə ultimatum verdi

Yaxın Şərqdə İran və İsrail arasında davam edən gərginlik fonunda ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılması ilə bağlı addım atdığı bildirilir.

Musavat.com xəbər verir ki, Yaxın Şərqdən olan siyasi mənbə Israel Hayom nəşrinə açıqlamasında Trampın İranla müharibəni bitirmək üçün İsrailə müəyyən müddət verdiyini bildirib. Mənbənin sözlərinə görə, ABŞ prezidenti qarşıdurmanın uzanmaması üçün Təl-Əvivə təxminən bir həftə vaxt tanıyıb.

Eyni zamanda İsrail tərəfi isə Vaşinqtondan gələn siqnalların tam aydın olmadığını bildirir. İsrail rəsmiləri Kanal 12 telekanalına açıqlamalarında qeyd ediblər ki, Trampın müharibəni yaxın günlərdə bitirmək planı barədə qəti fikir formalaşmayıb.

Rəsmilərin sözlərinə görə, Təl-Əvivdə belə bir təəssürat yaranıb ki, ABŞ prezidenti müharibəni iki və ya üç həftə ərzində bitirmək niyyətində olmaya bilər. Buna baxmayaraq, İsrail tərəfi belə bir ehtimala hazırlaşdıqlarını və müxtəlif ssenariləri nəzərdən keçirdiklərini bildirir.

 

Musavat.com

Избранный
47
35
musavat.com

10Источники