RU

ABŞ-da sinaqoqa silahlı hücum

ABŞ-ın Miçiqan ştatındakı sinaqoqda atışma baş verib.

Publika.az əbər verir ki, bu barədə yerli polis hadisə ilə bağlı “X” sosial media səhifəsində dərc olunmuş açıqlamada məlumat verib.

"Aktiv atışma: 12 mart, saat 12:30 (Bakı vaxtı ilə saat 20:30)", - deyə mətndə bildirilir.

Fövqəladə halın İsrail Məbədində - Sinaqoqda baş verdiyi bildirilir.

“Click On Detroit”in məlumatına görə, naməlum şəxs yük maşını ilə qəsdən sinaqoqa çırpılıb və hadisə yerində yanğın baş verib. Oakland dairəsinin şerifi Maykl Buşarın sözlərinə görə, ən azı bir nəfər məbədə girib, təhlükəsizlik işçiləri tərəfindən görülüb və atəş açıb.

Избранный
35
publika.az

1Источники