RU

ABŞ İran gərginliyi futbola da təsir etdi: Trampdan yeni açıqlama

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"ABŞ İran millisinin 2026-cı il futbol üzrə Dünya çempionatında iştirakına şad olardı, lakin yığmanın gəlişi təhlükəsizlik təhdidi səbəbindən məqsədəuyğun deyil".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

"İranın futbol yığmasının Dünya çempionatında iştirakına şad olarıq, lakin mən onların gəlişini həqiqətən münasib hesab etmirəm, bu, elə onların öz təhlükəsizliyi üçündür", - deyə o bildirib.

Daha əvvəl İranın gənclər və idman naziri Əhməd Donyamali bəyan etmişdi ki, respublikanın futbol yığması 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
1
oxu.az

2Источники